OTÜSTÜ XOKKEY ÜZRƏ YENİYETMƏLƏR ARASINDA ÖLKƏ BİRİNCİLİYİNİN QALİBLƏRİ MƏLUMDUR
Azərbaycan Otüstü Xokkey Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulmuşdur. 2 yaş qrupunda keçirilən birincilikdə 14 komanda iştirak etmişdir.
1991-1993-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində respublikanın ən güclü klubunu müəyyənləşdirmək üçün yarış 2 qrupda aparılmışdır. Finalda Nizami rayonu ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman məktəbinin təmsilçiləri Sumqayıtın eyni adlı komandasına qalib gələrək birinci yerə çıxmışdır. 3-ci yer isə Lənkəranın “Xəzər” klubuna nəsib olmuşdur.
Digər qarşılaşma isə1994-1995-ci il təvəllüdlü komandalar arasında olmuşdur. Dairəvi sistem üzrə keçirilən turnirdə Mingəçevirin “Kür” komandası bütün rəqiblərinə qalib gələrək 15 xalla ölkə çempionu adını qazanmışdır. Yarışın nəticələrinə görə Masallının “Olimp” klubu 2-ci, Sumqayıtın “Təhsil” komandası isə 3-cu yerdə qərarlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]