Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ovlanmış heyvan və quşlar xəstəliklərin daşıyıcısı ola bilərmi?

Ovlanmış heyvan və quşlar xəstəliklərin daşıyıcısı ola bilərmi?

Bakı, 11 dekabr, AZƏRTAC

Ölkəmizdə ovçuluğa maraq böyükdür. Bu, əsasən respublikamızın ovlanmasına icazə verilən heyvan və quş növləri ilə zəngin olması ilə əlaqədardır. Dağ keçisi, qaban, dovşan, bataqlıq qunduzu, Dağıstan turu, bildirçin, qaşqaldaq, cüllüt, çöl qazı və ördəyi və digər sənaye zonalarından kənar ərazilərdə məskunlaşan ov heyvan və quşları təbii qidalarla qidalanır və yemlərin ən faydalısını seçir. Məhz buna görə də ov əti yüksək kaloriliyə və pəhriz xüsusiyyətlərinə malik olan ət növü kimi qiymətləndirilir. Ov ətinin morfoloji və bioloji xüsusiyyətləri heyvan və quşların növü, yaşı, cinsi və köklük dərəcəsi ilə müəyyən edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Maarifləndirmə sektorunun böyük mütəxəssisi Rəna Kəngərlinin elmi məqaləsində bəhs olunur.

Ölkəmizdə fauna və floranın mühafizəsi baxımından heyvan və quşların müəyyən olunmuş qaydalar çərçivəsində ovlanması mühüm ekoloji əhəmiyyət kəsb edir. Müvafiq qurumlar tərəfindən hər il ov mövsümü ərəfəsində ov ərazisi, həmçinin hər bir heyvan və quşun ovlanma müddəti barədə əhaliyə məlumat verilir. Bunun sayəsində ovçular ovlana bilən heyvan və quş növləri və ov dövrü barədə məlumatlı olurlar. Məsələn, adətən sentyabr-dekabr aylarında qaban, dekabr-fevral aylarında dovşan, oktyabr-fevral aylarında bataqlıq qunduzunun ovuna icazə verilir.

Heyvan və quşların çoxalma (balalama, yumurtlama və s.) dövründə ovlanması onların rifahı baxımından yolverilməz hesab edilir. Buna görə də çöl heyvan və quşlarının ovlanmasına onların bioloji xüsusiyyətləri nəzərə alınmaqla icazə verilir.

Ov qənimətləri hesab olunan çöl heyvan və quşlarının ətinin kortəbii istehlakı insan sağlamlığı üçün təhlükəli ola bilər. Belə ki, bütün ev heyvan və quşları kimi çöl heyvan və quşları da müxtəlif etiologiyalı (parazitar, bakterial, viral və s.) xəstəliklərə həssasdır. Ov heyvanları və quşları arasında insan sağlamlığı üçün təhlükəli hesab edilən xəstəliklərdən quş qripi, bruselyoz, quduzluq, qarayara, tulyaremiya, trixenelyoz, listerioz, leptospiroz, vərəm və başqa xəstəlikləri misal göstərmək olar. Təbiətdə yaşayan heyvan və quşlardan cüyür, maral, qırqovul, göyərçin, qaz və ördəklərdə əsasən vərəm, dovşan, dağ keçisi, qırqovul və göyərçinlərdə yalançı vərəm, maral, sığın, antilop və donuzlarda isə nekrobakterioz xəstəliyi müşahidə edilir. Bütün növ, xüsusilə cavan çöl heyvan və quşlarında pasterellyoz və salmonellyoz xəstəliklərinə tez-tez rast gəlinir. Dələ və çöl dovşanı kimi heyvanlar isə tulyaremiya xəstəliyinin əsas yayılma mənbəyi hesab olunur.

Çöl heyvan və quşlarının vurulması zamanı onların dəri və bağırsaqlarındakı mikrobların ətə sirayət etməsi nəticəsində ov ətindən zəhərlənmə halları da istisna deyil. Eyni zamanda çöl heyvan və quşlarının soyulması, kəsilməsi və təmizlənməsi əsasən açıq sahədə həyata keçirildiyi üçün havada olan çirkləndiricilər, temperatur və digər amillər ov ətinin təhlükəsizliyinə təsir edə bilər. Təbiətdə ovlanan heyvan və quşların kəsimqabağı müayinəsi mümkün olmadığı üçün onların ətinin baytarlıq-sanitariya ekspertizası tərəfindən qiymətləndirilməsi əsasən kəsimdən sonra aparılır.

Ovçular ovçuluq sahələrində ov edərkən ekoloji və sanitar-gigiyenik qaydalara riayət etməlidirlər. Eyni zamanda seçilmiş ovlama üsulu heyvan və quşların rifahı qaydalarına uyğun olmalı və onlara əzab verılməməlidir. Ov proseslərini heyvan və quşlarda stres yaratmadan tez bir zamanda başa çatdırmaq əldə olunan ətin keyfiyyəti baxımından da böyük əhəmiyyət kəsb edir.

Ovçuluq fəaliyyəti dövründə ovçuların bir sıra xəstəliklərə yoluxma və hətta xəstəlikləri yayma riski mövcuddur. Belə ki, ovlanan heyvan və quşlar arasında rast gəlinən zoonoz xəstəliklər, eləcə də müxtəlif həşərat sancmaları nəticəsində baş verən xəstəliklər ovçuların sağlamlığı üçün təhlükə mənbəyi hesab olunur.

Bütün bunları nəzərə alaraq, ov ətinin səbəb ola biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə aşağıdakı tövsiyələrin nəzərə alınması məqsədəuyğun hesab edilir:

- ovlanmamışdan əvvəl hərəkətlərində qeyri-adi hallar müşahidə olunan və ya xəstə olduğuna şübhə yaranan heyvan və ya quşun əti istehlak edilməməli;

- çiy və ya yarımbişmiş ov əti istehlakından çəkinməli;

- ovçular tərəfindən həşərat sancmalarını minimuma endirmək üçün tədbirlər görülməli;

- ovlanmış heyvanın və ya quşun qarın boşluğu təmizləndikdən sonra ətin nəmliyi qurudulmalı və emal olunana qədər soyudulmalı;

- çöl heyvan və quşlarının kəsilməsi, soyulması və təmizlənməsi zamanı əlcəklərdən (qalın rezin, lateks və ya nitril) istifadə edilməli;

- ov əti ilə təmasda olduqdan sonra əllər sabunla yuyulmalı və spirt tərkibli məhlullarla dezinfeksiya edilməli;

- ov əti ilə təmasda olan alət və avadanlıqlar (masa, kəsim lövhələri, bıçaq və s.) yuyucu vasitələrlə yuyulmalı və dezinfeksiya edilməli;

- ov əti və ət məhsulları baytar həkimi baxışından keçirilməli və baytarlıq-sanitariya ekspertizasına cəlb edilməlidir.

Ovçuluq məhsullarının istehlakı zamanı əmələ gələ bilən təhlükələrin qarşısını almaq üçün həmin qaydalara əməl olunmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?