Özbək ədəbiyyatına həsr olunmuş monoqrafiya çapdan çıxıb
Bakı, 15 sentyabr, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin “XX əsrin əvvəllərində özbək ədəbiyyatında cədidizm (Əbdürrauf Fitrətin yaradıcılığı əsasında)” monoqrafiyası “GlobeEdit” nəşriyyatı tərəfindən çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya XX əsrin əvvəllərində özbək maarifçi fikrinin formalaşmasında mühüm rol oynamış, cədidçilik hərəkatının əsas nümayəndələrindən biri olan Əbdürrauf Fitrət və onun müasirlərinə həsr edilib. Nəsr, dramaturgiya, poeziya və publisistika sahəsində dəyərli əsərlər yazaraq təkcə özbək ədəbi fikrində deyil, ümumilikdə Türk dünyasının maarifçi düşüncəsinin inkişafında müstəsna xidmətlər göstərmiş Əbdürrauf Fitrətin çoxcəhətli yaradıcılığı əsərdə araşdırılıb. Monoqrafiyada Əbdürrauf Fitrətin yaradıcılığı kontekstində özbək dramaturgiyasının və romançılığının yaranması, poeziyada və publisistikada cədid ideyalarının təbliği məsələləri tədqiq edilib.
Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]