Özbəkistanda məmurlar yerli avtomobil və mebellərdən istifadə etməli olacaqlar
Bakı, 5 mart, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev rəsmi avtomobillərdən və xaricdə istehsal olunan mebellərdən istifadənin azaldılmasını, onların yerli analoqları ilə əvəzlənməsini tələb edib.
AZƏRTAC “repost.uz”a istinadla xəbər verir ki, bu barədə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş iclasda qeyd olunub.
Şavkat Mirziyoyev ixtisaslaşdırılmış strukturlara birbaşa satınalmaları yarıbayarı azaltmağı tapşırıb. Həmçinin dövlət satınalmaları sahəsində pozuntuların müəyyən edilməsi və qarşısının alınması üçün süni intellektə əsaslanan elektron sistemin işə salınması barədə göstəriş verilib.
Dövlət vəsaiti hesabına alınan malların və xidmətlərin qiymətləri orta bazar qiymətlərindən 20 faizdən çox olmamalıdır. Bu tələbin pozulması məsuliyyətə və cərimələrə səbəb olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]