Özbəkistanda prezident seçkilərində növbədənkənar səsvermə keçiriləcək
Bakı, 20 iyun, AZƏRTAC
Özbəkistanın Mərkəzi Seçki Komissiyası (MSK) iyulun 9-na təyin olunmuş prezident seçkilərində növbədənkənar səsvermənin iyunun 28-dən iyulun 5-dək keçirilməsini qərara alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan MSK-nin sədri Xudoyor Mamatov komissiyanın iclasında çıxışı zamanı deyib.
“MSK-nin qəbul etdiyi qərara əsasən, Özbəkistan prezidenti postuna növbədənkənar seçkilərdə növbədənkənar səsvermə 28 iyun-5 iyul tarixlərində yerli vaxtla saat 09:00-dan 18:00-dək keçiriləcək”, - deyə Xudoyor Mamatov bildirib. O, həmçinin qeyd edib ki, növbədənkənar səsvermədə seçki günü qeydiyyata alındığı yaşayış yerində olmayan şəxslər iştirak edə biləcək. Bunun üçün MSK-yə müvafiq izahatın olduğu ərizə ilə müraciət edilməlidir.
Xatırladaq ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilədək artırılıb. Konstitusiya düzəlişləri, eyni zamanda, hazırkı dövlət başçısı Şavkat Mirziyoyevə üçüncü müddətə namizədliyini irəli sürmək imkanı verib. Özbəkistan Prezidentinin Fərmanı ilə dövlət başçısı postuna növbədənkənar seçkilər iyulun 9-na təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]