Özbəkistanda son sutka ərzində 237 nəfər koronavirusa yoluxub
Daşkənd, 8 iyun, АZƏRTAC
Özbəkistanda COVID-19 virusuna yoluxanların sayı son sutka ərzində də artıb. Belə ki, gün ərzində 237 nəfərdə virus aşkar edilib və yoluxanların sayı 4331-ə çatıb. Bu, indiyə qədər qeydə alınan ən böyük rəqəmdir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, indiyədək 3354 xəstə sağalıb, 960 xəstə müxtəlif xəstəxanalarda müalicə olunur, 17 nəfər isə ölüb.
Bununla belə bu gündən yaşıl və sarı bölgüdə olar regionlarda, o cümlədən Daşkənddə sanitariya qaydalarına və sosial məsafəyə əməl etməklə ictimai nəqliyyatın hərəkəti bərpa edillib. Metro və marşrut taksilərin hərəkətində hələ ki, məhdudiyyət var. Bu gündən ölkədə məscid, kilsə və sinaqoqların fəaliyyəti də bərpa olunub.
İyunun 15-dən isə sarı və yaşıl regionlara aid olan ərazilərdə kafe, restoran, uşaq bağçaları, geyim bazarları açılacaq.
Xatırladırıq ki, Özbəkistanda karantin rejimi iyunun 15-dək qüvvədədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:29]
Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]