Özbəkistanın Surxandərya vilayətində toyda iştirak edən 250 nəfər karantinə alınıb
Daşkənd, 19 iyun, АZƏRTAC
Özbəkistanda qırmızı zonaya daxil olan, müxtəlif şənliklərin keçirilməsinin qadağan olunduğu Surxandərya vilayətində sanitar-gigiyena normalarına əməl edilmədən keçirilən toyda iştirak edən 250 nəfərin hamısı karantinə alınıb.
AZƏRTAC vilayət hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu yaxınlarda ölkədə yaşıl və sarı zonalara toy və digər ailə şənliklərinin keçirilməsinə icazə verilib, ancaq bu məclislərdə 30-dan artıq adam olmamalıdır.
Məlumatda deyilir ki, Surxandərya vilayəti qırmızı zonaya daxil olduğu üçün burada belə mərasimlərin keçirilməsi qəti qadağandır.
Vurğulanır ki, hazırda vilayətdə karantində 4118 nəfər var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]
Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
- 08.10.2026 [11:26]
İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB
- 08.10.2026 [11:19]
ABŞ-nin neft ehtiyatları azalır
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]