DÜNYA
Pakistan hökuməti elektrik avtomobillərinin təşviqi istiqamətində milli siyasət həyata keçirəcək
İslamabad, 7 sentyabr, Hilal Əhməd, AZƏRTAC
Pakistan hökuməti ölkədə elektromobillərin qəbulunu təşviq etmək üçün Milli Elektrik Avtomobili Siyasətini həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit məsələləri üzrə koordinatoru Romina Xurşid Alam İslamabadda Çin nümayəndə heyəti ilə görüşü zamanı açıqlayıb. Bildirilib ki, layihə Pakistanın ictimai nəqliyyat sistemini ekoloji cəhətdən daha təmiz və dayanıqlı hala gətirmək məqsədi daşıyır.
Romina Xurşid Alam, həmçinin Pakistanın iqlim dəyişikliyi ilə mübarizə və Paris Sazişi üzrə öhdəliyini yerinə yetirmək üçün daha geniş səylər göstərdiyini vurğulayıb.