PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ASİF ƏLİ ZƏRDARİYƏ
Hörmətli cənab Prezident,
Milli bayramınız - Pakistan günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan-Pakistan dövlətlərarası münasibətlərinin inkişafı, əlaqələrimizin hərtərəfli genişlənməsi, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 mart 2010-cu il.