Pakistan məhkəməsi İmran Xanın həbsinə verdiyi orderi ləğv edib
Bakı, 18 mart, AZƏRTAC
Məhkəmə Pakistanın sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verdiyi orderi ləğv edib və onun işi üzrə dinləmələri martın 30-na keçirib.
AZƏRTAC Geo TV telekanalına istinadla xəbər verir ki, hakim tərəflərə müzakirələrin növbəti iclasda davam edəcəyini bildirib və İmran Xana məhkəməyə gəlməyi əmr edib.
Bu qərar polisin məhkəmə binası qarşısında sabiq baş nazirin tərəfdarları ilə toqquşmasından sonra qəbul olunub. Hakim toqquşmalar fonunda iclas keçirməmək qərarına gəlib.
İmran xan hazırda Lahordakı iqamətgahına qayıdır.
Sabiq baş nazir hakimiyyətdə olduğu dövrlərdə xarici dövlət başçılarından aldığı bahalı hədiyyələri satmaqda ittiham olunur. Seçki Komissiyası 2022-ci ilin oktyabrında onu seçkilərdən kənarlaşdırıb və beş il müddətinə hökumət vəzifəsi tutmaq hüququndan məhrum edib.
Xatırladaq ki, İmran Xan 2022-ci il aprelin 10-da etimadsızliq votumundan sonra hökumət başçısı postundan uzaqlaşdırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:29]
Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]