Pakistan öz hava məkanında uçuşlara qoyduğu qadağanın müddətini uzadıb
Bakı, 4 mart, AZƏRTAC
Pakistan Hindistanla münaqişə səbəbindən öz hava məkanında aviauçuşlara qoyduğu qadağanın müddətini yenidən uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Pakistanın Mülki Aviasiya İdarəsinin saytında yerləşdirilib. Məlumata əsasən, ölkənin hava məkanı 2019-cu il martın 5-i səhər saat 8:00-dək bağlı qalacaq.
İstisnalar yalnız martın 1-dən etibarən uçuşların həyata keçirilməsinə icazə verilən Kəraçi, Peşəvər, Kvetta və İslamabad aeroportlarına aiddir.
Xatırladaq ki, fevralın 26-na keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbəsi endirmişdi. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuşdu. Həmin vaxtdan başlayaraq sərhəddə gərginlik yaşanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]