Pakistan qatarların Hindistana hərəkətini bərpa edib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Pakistanın hakimiyyət orqanları qatarların həftədə iki dəfə Hindistana hərəkətini bərpa edib.
AZƏRTAC “Nation” qəzetinə istinadla xəbər verir ki, “Samjhota Express” qatarı bu gün səhər saatlarında 195 sərnişinlə Lahor şəhərindən Attariyə yola düşüb.
İslamabad Kəşmirdə vəziyyətin gərginləşməsi səbəbindən iki ölkə arasında dəmir yolu əlaqəsini dayandırmışdı.
Nyu-Dehli və İslamabad arasında vəziyyət fevralın 14-də Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinin avtomobil karvanına hücumdan sonra gərginləşib. Həmin vaxt terrorçu- kamikadzenin törətdiyi partlayış nəticəsində 45 polis əməkdaşı həlak olmuşdu. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması öz üzərinə götürmüşdü.
İslamabadı “Ceyş-ə-Məhəmməd” qruplaşmasına dəstək verməkdə ittiham edən Hindistanın Hərbi Hava Qüvvələri fevralın 26-na keçən gecə Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbəsi endirib. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurub.
Cammu və Kəşmir ştatında vəziyyət uzun illərdir gərgin olaraq qalır. “Ceyş-ə-Məhəmməd” ştatın müstəqilliyi, həmçinin onun qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]