Pakistanda 2039 nəfər koronavirusa yoluxub
İslamabad, 1 aprel, АZƏRTAC
Pakistanda 2039 nəfər COVID-19 koronavirusuna yoluxub. Son sutka ərzində bu virusa yoluxanların sayı isə 173 nəfər olub.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, indiyədək koronavirusdan 26 nəfər həyatını itirib.
Məlumatda deyilir ki, bu virusa yoluxanlar ən çox Pəncab əyalətindədir - 708 nəfər. Ölkədə bu virusdan 82 nəfər sağalıb.
Karantində 957 nəfər var, ölkə üzrə 17 331 nəfər isə testdən keçirilib.
Pakistanda koronavirusla mübarizəyə 1,4 milyard dollar həcmində vəsait ayrılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]