Pakistanın Baş naziri: Lahor və Bakı arasında uçuşların bərpası mühüm mərhələdir




İslamabad, 21 aprel, Hilal Əhməd, AZƏRTAC
Lahor və Bakı arasında “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) aviareyslərinin bərpası hər iki ölkə arasında turizm və regional əlaqə üçün mühüm mərhələdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif öz sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, Pakistan hökuməti Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələrində daha böyük mərhələlərin əldə edilməsinə sadiqdir.
Xatırladaq ki, bazar günü Lahorda Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iştirakı ilə Lahor və Bakı arasında birbaşa aviareysin bərpası mərasimi keçirilib. PIA həftədə iki dəfə Lahor və Bakı arasında birbaşa uçuşlar həyata keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [20:09]
Avropa Şurasının Prezidenti Şimali Makedoniyanın gələcəyini Aİ-də görür
- 15.05.2025 [19:50]
Ciorcia Meloni: İtaliya Müqəddəs Taxt-Tacın sülh səylərini dəstəkləyir
- 15.05.2025 [17:42]
Çexiyada növbəti parlament seçkiləri oktyabrın 3-4-də keçiriləcək
- 15.05.2025 [17:31]
Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ olub
- 15.05.2025 [15:13]