Pantomima Teatrı “Yük” tamaşasını nümayiş etdirəcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Azərbaycan Dövlət Pantomima Teatrında “Yük” tamaşası yenidən təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir. “Uzaqda bir nəfər var” devizli səhnə işinin plastik həll üzrə rejissoru Sahib Novruzov, quruluşçu rəssamı Xəyyam Səmədov və musiqi tərtibatçısı Bəhruz Əhmədlidir.
Qeyd edək ki, tamaşada Əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Elman Rəfiyev, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Nuridə Musabəyli, Elxan Şahəliyev, Elvin Qiyaslı, Elnur Abbasquliyev, Elnur Rzayev, Cavad Nuriyev, Səbirə Həsənova, Eldar Əliyev və Xəyyam Səmədov rol alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [21:20]
Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir
- 26.08.2026 [20:03]
Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir
- 26.08.2026 [19:45]
Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO
- 26.08.2026 [19:23]
Laçında “Əmir Teymur” filmi nümayiş olunub
- 26.08.2026 [19:07]
Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq
- 26.08.2026 [18:24]