Papa Fransiskin ölümü ilə əlaqədar ABŞ-da bayraqlar yarıya qədər endirilib
Vaşinqton, 21 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Roma Papası Fransiskin ölümü ilə əlaqədar ABŞ bayraqlarının yarıya qədər endirilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, Sərəncama əsasən bütün ictimai binalarda və ərazilərdə, hərbi postlarda və dəniz limanlarında, paytaxtdakı federal hökumət idarələrində və bütün ABŞ-da, o cümlədən Birləşmiş Ştatların xaricdəki səfirlikləri, nümayəndəlikləri, konsulluq idarələri və digər obyektlərində dəfn olunma günü gün batana qədər bayraqlar yarıya qədər endirilmiş vəziyyətdə qalacaq.
“O, yaxşı insan idi. O, dünyanı sevirdi və bunu etmək şərəfdir”, - deyə ABŞ Prezidenti Sərəncamla bağlı deyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]