Paraatletlərimiz Almaniyada daha iki medal qazanıblar
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan komandası Almaniyanın Hannover şəhərində paralimpiyaçılar arasında keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirdə daha iki medal qazanıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yığma komandamızın üzvü Kamran Zeynalov tapançadan 50 metr məsafəyə atəşaçma yarışında gümüş medala sahib olub.
Komanda yarışında iştirak edən millimiz (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) tapançadan 50 metr məsafəyə atəşaçmada üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]