İDMAN
Paralimpiyaçımız pauerliftinq üzrə dünya kubokunda bürünc medal qazanıb
Bakı, 28 aprel, AZƏRTAC
Pauerliftinq üzrə paralimpiya yığma komandasının üzvü Nurlan Babacanov Macarıstanın Eger şəhərində keçirilən dünya kubokunda bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 96 kiloqram çəki dərəcəsində yarışan idmançımız 195 kiloqram çəkini başı üzərinə qaldıraraq fəxri kürsünün üçüncü pilləsində yer alıb. Eyni çəki dərəcəsində birinci yeri 220 kiloqramlıq nəticə ilə Birləşmiş Ərəb Əmirliklərindən olan Xələf Məhəmməd Xamis tutub. İkinci yerə isə 210 kiloqramlıq nəticə ilə serbiyalı Petar Milankoviç layiq görülüb.
Bu nailiyyət ilə Nurlan Babacanov Tokio Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.
Yarışlar davam edir. Bu gün digər idmançılarımız Elşən Hüseynov və Şamo Aslanov turnirdə debüt edəcəklər. İdmançımız Pərvin Məmmədov (49 kq) bir neçə gün əvvəl dünya kubokunun qızıl medalını qazanıb.