Parapauerliftinq üzrə millimiz Dünya Kubokunda gümüş medal qazanıb
Bakı, 1 aprel, AZƏRTAC
Parapauerliftinq üzrə Azərbaycan millisi Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunun komanda yarışında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Zəhra Dadaşova Pərvin Məmmədov və Ceyhun Mahmudovun yer aldığı yığma 114.88 xalla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bu göstəricidə Qazaxıstan, Tayland və Moldova kollektivlərini üstələyən milli komanda yalnız Ukraynadan geri qalıb.
Beləliklə, Azərbaycan parapauerliftinqçiləri 8 idmançı ilə təmsil olunduğu Dünya Kubokunu 7 qızıl, 4 gümüş və 1 bürünc medalla başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]