Paraqvayın sabiq prezidenti dövlət sirrini yaymaqda ittiham edilir
Bakı, 12 mart, AZƏRTAC
Paraqvay prokurorluğu ölkənin sabiq prezidenti Mario Abdo Benitesi və onun hökumətinin səkkiz üzvünü dövlət sirrini sızdırmaqda ittiham edərək araşdırmalara başlayıb.
AZƏRTAC “ABC Color” qəzetinə istinadla xəbər verir ki, sabiq prezident və keçmiş məmurlar, həmçinin “tabeliyində olan şəxsi qanunsuz əmələ məcbur etməkdə”, “bilərəkdən yalan məlumat yaymaqda”, “dövlət funksiyalarını qəsb etməkdə” və “cinayətkar sövdələşmədə” şübhəli bilinirlər.
Məlumata görə, Mario Abdo Benitesə qarşı ittiham ərizəsini “Kolorado” partiyasının lideri, sabiq prezident Orasio Kartes yazıb.
Orasio Kartes 2013-2018-ci illərdə, Mario Abdo Benites isə 2018-2023-cü illərdə Paraqvaya rəhbərlik ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]