“Paris-2024”: Hacı Əliyevin rəqiblərindən biri dəyişib
Bakı, 16 iyul, AZƏRTAC
“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kiloqram) rəqibləri arasında dəyişiklik olub.
AZƏRTAC Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı idmançı Şamil Məmmədov yarışa qatılmaqdan imtina edib. O, Olimpiadada neytral statusda çıxış etmək istəməyib.
Ş.Məmmədovu moldovalı güləşçi Maksim Sakultan əvəzləyib.
Qeyd edək ki, Paris Olimpiadasında ümumilikdə 97 sərbəst güləşçi medallar uğrunda mübarizə aparacaq. Onlar 6 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər. Azərbaycan millisi turnirdə bütün çəkilərdə təmsil olunacaq. Sərbəst güləş yarışları avqustun 8-dən 11-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]