PARİSDƏ NATO PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC NATO Parlament Assambleyasının (PA) rəsmi saytına istinadla xəbər verir ki, mayın 26-30-da Parisdə assambleyanın yaz sessiyası keçiriləcəkdir.
Şimali Amerika və Avropadan 340 parlamentarinin iştirak edəcəyi sessiyanın iki ümumi iclası, habelə assambleyanın siyasi, iqtisadi və təhlükəsizlik, elm və texnologiya, müdafiə və təhlükəsizlik, təhlükəsizliyin mülki meyarları komitələrinin iclasları olacaqdır.
Tərəfdaş ölkələrdən yüksək səviyyədə qonaqların iştirak edəcəyi sessiyanın mayın 30-da keçiriləcək ümumi iclasında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin çıxışları da nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]