PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov ATƏT-in Parlament Assambleyasının Daimi komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 28-dən oktyabrın 3-dək Madriddə səfərdə olacaqdır.
İclasda təşkilatın qış sessiyasının iş planı təsdiq ediləcək, terrorizmə qarşı mübarizə, regional münaqişələrin həlli yolları, separatçılıq meyllərinin qarşısının alınması məsələləri müzakirə olunacaqdır.
X x x
Milli Məclisin deputatları Zahid Orucov və Rəfael Qafarov NATO Parlament Assambleyası çərçivəsində keçiriləcək seminarda iştirak etmək üçün sentyabrın 27-dən 30-dək Tbilisidə səfərdə olacaqlar.
Seminarda Cənubi Qafqazda müdafiə sahəsində islahatlar, iqtisadi inkişaf və enerji təhlükəsizliyi, regionda sülhün bərqərar olunması məsələləri barədə fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin
mətbuart xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]