Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin Aqrar siyasət komitəsi bir sıra qanun layihəsini plenar iclasa tövsiyə edib

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Rzayev yaz sessiyasının başlaması münasibətilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Komitə sədri bildirib ki, 2022-ci il Azərbaycan dövləti və xalqı üçün uğurlu il olub. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutur. Azərbaycan parlamenti də milli maraqlara və ölkənin inkişafına xidmət edən səmərəli fəaliyyət göstərir. Tahir Rzayev hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin sürətlə həyata keçirildiyini, yeni infrastrukturun yaradıldığını diqqətə çatdırıb. O, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini vurğulayaraq, bu ildə də qarşıda mühüm vəzifələrin olduğunu qeyd edib.

Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Bunlar 2022-ci ilin payız sessiyasında komitədə görülən işlər barədə hesabat, 2023-cü ilin yaz sessiyası üçün komitənin iş planının layihəsi və bir sıra qanun layihələridir.

Sonra komitə sədri 2022-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edərək qeyd edib ki, hesabat dövründə komitənin 24 iclası keçirilib, 14 məsələyə baxılıb. Müzakirə olunan sənədlər barədə məlumat verən Tahir Rzayev ötən sessiya ərzində komitə üzvlərinin qanunların hazırlanması, təkmilləşdirilməsi və qəbul olunması prosesində yaxından iştirak etdiyini söyləyib. Onların ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrə öz münasibətlərini bildirdiklərini, aktual məsələlər, habelə iqtisadiyyatda olan yeniliklərlə bağlı mətbuatda mütəmadi çıxışlar edərək ölkə ictimaiyyətini məlumatlandırdıqlarını deyib.

Bildirilib ki, payız sessiyasında komitə üzvləri tərəfindən təmsil etdikləri regionlarda seçicilərlə görüşlər keçirilib, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Qeyd edilib ki, ötən sessiya ərzində komitənin ünvanına 103 məktub, təklif, ərizə və şikayət daxil olub. Gələn müraciətlərlə bağlı müvafiq işlər görülüb, aidiyyəti qurumlara məktublar göndərilib. Bununla yanaşı, komitənin sədri və üzvləri Vətən müharibəsində şəhid olmuş qəhrəmanların anım tədbirlərində iştirak ediblər, şəhid ailələri və qazilərlə görüşüblər, onların sosial-məişət şəraiti ilə maraqlanıblar.

Sonra Tahir Rzayev komitənin 2023-cü il yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. O bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, o cümlədən mövcud qanunlara dəyişikliklərin müzakirəsi nəzərdə tutulub.

Komitə sədri diqqətə çatdırıb ki, yaz sessiyasında “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin irsinin təbliği istiqamətində bir sıra tədbirlərin və görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, bununla yanaşı, aqrar sahədə işlərin gedişi və yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti qurumların nümayəndələri, bu sektorda çalışan sahibkarlar və mütəxəssislərlə görüşlərin keçirilməsi kimi məsələlər də yaz sessiyasının iş planına daxil edilib.

Sonra iclasda gündəlikdəki qanun layihələri müzakirəyə çıxarılıb.

Komitə sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edərək bildirib ki, təklif olunan dəyişikliklər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlıdır və ölkədə sahibkarlığın inkişafına xidmət edəcək.

Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bu qanun layihələri barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, sənədlər kənd təsərrüfatı təyinatlı torpaqlardan, o cümlədən örüş, otlaq və biçənək üçün torpaq sahələrindən istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması, torpaqların icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərə uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar prosesin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilib ki, hazırda bu sahə üzrə torpaq istifadəçilərinin və təsərrüfatların qeydiyyatı EKTİS vasitəsilə aparılır, həmçinin dövlət dəstəyinin tətbiq edilməsi üçün zəruri informasiyaların sistemə daxil edilməsi təmin olunur. Beləliklə, torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada təşkili həyata keçiriləcək, torpaqların icarəyə verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək, müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə, birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək.

Müzakirələr zamanı komitə üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Emin Hacıyev, Aydın Hüseynov, Müşfiq Cəfərov komitənin 2022-ci il payız sessiyasının hesabatı və 2023-cü il yaz sessiyası üçün iş planı barədə fikirlərini açıqlayıblar, təqdim edilən qanun layihələrinin vacibliyini söyləyiblər. Deputatlar bir sıra qeyd və təkliflərini də səsləndiriblər.

İclasda iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Nicat Əfəndiyev, Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev qanun layihələri ilə bağlı fikirlərini bölüşüblər, deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətiriblər.

Sonra komitə sədri Tahir Rzayev gündəlikdəki digər qanun layihələrini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) ilə əlaqədar bildirilib ki, sənəd “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır. Layihədə adları çəkilən qanunlarda Mülki Məcəllənin tələblərinin nəzərə alınması təklif olunur.

Komitə sədri daha sonra Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.

Bildirilib ki, bu sənədlər “Media haqqında” 2021-ci il 30 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Adları qeyd olunan qanunlarda bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulur. Həmin qanunların müvafiq maddələrində “kütləvi informasiya vasitələri” sözlərinin “media” sözü, “teleradio” sözünün “televiziya və radio” sözləri ilə əvəz edilməsi təklif olunur.

İclasda Aqrar siyasət komitəsində 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat qənaətbəxş hesab edilib, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi məqbul sayılıb. Gündəliyə daxil edilən qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb