Paşinyan 2020-ci ilin oktyabr-noyabrında Putinlə 60 dəfə telefonla danışıb
Bakı, 20 iyun, AZƏRTAC
2020-ci ilin noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini alması müharibənin dönüş anı oldu və İrəvan noyabrın 9-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu.
AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Şuşa itirildikdən sonra Xankəndi zərbə altına düşdü, Xocavəndə təzyiq artdı, ən başlıcası isə 25 min erməni əsgəri mühasirəyə düşmək təhlükəsi ilə üzləşdi.
Nikol Paşinyan 2020-ci ildəki hərbi əməliyyatlarda faktların müəyyən olunması üzrə parlament komissiyasının iclasında çıxış edərkən onu da bildirib ki, həmin ilin oktyabr-noyabr aylarında Rusiya Prezidenti Vladimir Putinlə təxminən 60 dəfə telefonla danışıb, Moskvanın vasitəçiliyi ilə atəşin dayandırılmasına çalışsa da, buna nail ola bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]