Paşinyan II Qaregini dövlət çevrilişinə dəstək verməkdə günahlandırıb
Tbilisi, 7 iyul, AZƏRTAC
Ermənistanda baş nazir və din xadimləri arasında münasibətlər daha da kəskinkləşib.
AZƏRTAC xəbər verir ki, bu ölkənin baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin arxiyepiskoplar Baqrat Qalstanyan və Gevorq Acapaxyanın cinayət təqibinin qanunsuz olması ilə bağlı bəyanatına reaksiya verib.
O, sosial şəbəkədəki hesabında din xadimlərini ölkədə hərbi çevrilişə dəstək verməkdə ittiham edib. “Əgər Ktriç Nersisyan (II Qaregin) V. Qalstanyan və G. Acapaxyanın saxlanılmasını qanunsuz hesab edirsə, deməli, o, həmin şəxslərin hərbi çevriliş həyata keçirmək, ölkədə xaos yaratmaq ideologiyasını və planlarını dəstəkləyir”, - deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, iyunun 26-da Ermənistan İstintaq Komitəsi əsasən din xadimlərindən ibarət olan “Müqəddəs mübarizə” hərəkatının 16 üzvünü həbs edib. Onlar ölkədə terror aktları təşkil etmək və hakimiyyəti ələ keçirmək ittihamı ilə azadlıqdan məhrum olunublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]