Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paşinyan tarixdə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək

Paşinyan tarixdə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək

Bakı, 5 noyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifini dağıdır. Bu, təkcə hərbi üstünlük və qələbə deyil, həm də ideoloji müstəvidə Ermənistanı məğlub etmək deməkdir. İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın mükəmməl texnologiyasının və çox yüksək döyüş ruhunun olmasını önə çəkən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz Ermənistana kimin kim olduğunu sübut etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

V.Rəhimzadə qeyd edib ki, Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin-Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəs razılaşmalarını pozması, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşlərindən sonra yenə də təxribatlarını davam etdirməsi işğalçı dövlətin prosesi qarşıdurmanın davamına doğru yönəltməkdə maraqlı olduğunu nümayiş etdirir. “Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi belədir ki, hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu zəbt etdiyi ərazilərdən geri çəkməlidir. Yalnız bundan sonra siyasi nizamlama prosesinə keçmək olar. Dövlətimizin başçısı İlham Əliyev münaqişənin sülh yolu ilə həlli mexanizmini aydın şəkildə diqqətə çatdırır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın son müsahibələrinə diqqət yetirdikdə bu siyasətdən və diplomatiyadan bixəbər avantüristin feyk xəbərlərin yayılmasında, beynəlxalq ictimai rəyi çaşdırmaqda nə qədər maraqlı olduğunu görürük. Paşinyan azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasına şübhə edərək Dağlıq Qarabağda “soyqırımı”nın olmasından qorxduğunu bildirməklə hələ də yalanlarının ayaq tutub yeriyəcəyini düşünür. Unudur ki, soyqırımına məruz qalan hər zaman Azərbaycan olub. Ermənistan və ona havadarlıq edən dövlətlər unutmamalıdırlar ki, artıq Azərbaycan 1992-ci illərin Azərbaycanı deyil. O vaxt Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının qarşısında “yaşıl işıq” yandırmışdı. Amma bu gün o “işıqlar” Azərbaycan həqiqətlərinin faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması əsasında sönüb. Bu, sınaqlardan çıxmış bir həqiqətdir ki, tarixi inkar etmək mümkünsüzdür. Ermənilər tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. Bir məqamı da xüsusi qeyd edək ki, bu gün Ermənistandan fərqli olaraq Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Burada müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Ermənistan monorespublikadır. Prezident İlham Əliyev bəyan etdiyi kimi, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, xunta rejiminin rəhbərliyi altında olduğundan burada daha yaxşı həyat sürəcəklər”, - deyə V.Rəhimzadə bildirib.

Atdığı hər addımda özünün işğalçılıq, faşist siyasətini təsdiqləyən Ermənistan hakimiyyətinin danışıqlar prosesini nə yolla olur-olsun uzatmağa və müəyyən dəstək əldə etmək üçün hər bir feyk üsuldan istifadə etməyə çalışdığını diqqətə çatdıran baş redaktor qeyd edib: “Dağlıq Qarabağda soyqırımı olacağından qorxduğunu iddia edən Ermənistanın baş naziri görəsən mülki şəxslərin atəşə tutulması əmrini verib, iki dəfə Gəncədə, sonra Bərdədə soyqırımı aktını törədəndə niyə qorxmurdu? Halbuki, bu vəhşiliklər dünyanın gözü qarşısında baş verib. Son bir ayda Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri atəşə tutmaları nəticəsində Azərbaycanın dinc əhalisi arasında ölən və ağır yaralananların statistikası dünyanın aparıcı dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara yaxşı məlumdur - 92 nəfər ölüb, 400-dən çox insan ağır yaralanıb, onlardan 11-i uşaqdır. Paşinyan tarixdə Gəncə və Bərdə hadisələrinə görə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək”.

Ermənistanın döyüş meydanında məğlubiyyəti ilə barışmayaraq törətdiyi təxribatların xalqımızın iradəsini sındıra bilməyəcəyini deyən V.Rəhimzadə vurğulayıb : “Azərbaycan Ordusu qətiyyətlə irəliləyir. Hər gün təqdim edilən işğaldan azad olunmuş ərazilərimizin siyahısı hər kəsi daha da qürurlandırır, qələbə əzmini artırır. Azərbaycan həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut edir ki, haqq, ədalət mübarizəsi aparır, öz ərazisində döyüşür, təcavüzkar deyil, heç bir dövlətin torpağında gözü yoxdur. Paşinyanın dünya ölkələrinin rəhbərlərinə saysız-hesabsız zənglərində Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı yalvarışlarına, cənab Prezidentimizin dediyi kimi, onların dabanlarını yalamasına cavab Azərbaycanın bu gün istər regionda, istərsə də dünya siyasətində yaratdığı reallıqlardır. Baş nazir danışıqların formatını dəyişib qondarma rejimin qondarma rəhbərini tərəf kimi bu prosesə cəlb etmək istəyəndə, təhqiramiz davranış nümayiş etdirib Şuşada sərxoş vəziyyətdə rəqs edəndə, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirərək 27 ildə danışıqlar prosesində az da olsa əldə edilmiş irəliləyişin qarşısını alanda bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməli idi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir