Azərbaycan Dövlət İnformasiya Agentliyi

Patriarx Varfolomey Qarabağda dağıdılan tarixi, dini və mədəniyyət abidələri barədə məlumatlandırılıb

Bakı, 2 aprel, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 1-də KAICIID Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirakı çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmək imkanından məmnunluğunu bildirən Patriarx Varfolomey qonağını səmimi salamlayıb. Qafqazın Şeyxülislamı ilə söhbət zamanı əvvəlki görüşlərini xatırlayan Patriarx Varfolomey Azərbaycana səfərini rəğbətlə vurğulayıb. Bu səfərin onun qəlbində hər zaman xoş xatirə kimi qaldığını qeyd edən Patriarx Varfolomey Azərbaycana səfəri zamanı ulu öndər Heydər Əliyevlə görüşündən danışıb, bu görüşün onda unudulmaz təəssürat buraxdığını bildirib. Həmin görüş zamanı Şeyxülislamın qonaqpərvərliyi və səmimiyyətini xüsusi qeyd edən Ekumenik Patriarx Varfolomey A. Paşazadənin dini lider olaraq bölgədə və dünyada sülhməramlı fəaliyyətini, qlobal miqyasda dinlərarası dialoq və əməkdaşlığa verdiyi böyük töhfələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, ona möhkəm cansağlığı diləyib. Dünyanın tezliklə pandemiya bəlasından qurtulması üçün dualar edən Patriarx gələcəkdə də dinlər, mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi, insanlar arasında sülhün möhkəmləndirilməsi yönündə birgə səyləri davam etdirmək niyyətində olduğunu bildirib.

Böyük nüfuz sahibi olan dini lider - Patriarx Varfolomeylə görüşə böyük dəyər verdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Ekumenik Patriarxa çatdırıb. Patriarx Varfolomey Azərbaycan Prezidentinin diqqətini minnətdarlıqla qarşılayıb, öz növbəsində xeyir-dualarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı Şeyxülislamdan rica edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müxtəlif din nümayəndələrinin dost, qardaş kimi yaşadığı bir dövlət olduğunu, bütün dünyada sülh tərəfdarı olduğunu vurğulayıb və 44 günlük Qarabağ savaşında Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad edib tarixi ədaləti bərpa etməsini fəxarətlə vurğulayıb. Şeyxülislam A.Paşazadə Ermənistanın işğalı nəticəsində vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərlərinin işğal dövründə ruhlar məkanına çevrilməsini, ərazilərimizdə ümumbəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələrin, minlərlə tarixi, dini, mədəniyyət abidələrimizin, ziyarətgah və qəbiristanlıqlarımızın, İslam, xristian və yəhudi məbədlərinin məhv edildiyini Patriarx Varfolomeyin diqqətinə çatdırıb. QMİ sədri qeyd edib ki, məscidlərimiz İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalmışdır. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi təmir edilərək abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

Hər zaman dinlərarası və mədəniyyətlərarası dialoqun tərəfdarı olduğunu bildirən Şeyxülislam A. Paşazadə vurğulayıb ki, dini lider olaraq o, Uca Yaradanın buyurduğu kimi, hər zaman ədalətli sülhə çağırış edib. Bildirib ki, Azərbaycan dövləti azad olunmuş Qarabağda bütün dinlərin əmin-amanlıq şəraitində yaşamağa davam etməsini təmin edəcək. Öz növbəsində dinlər arasında ehtiram, anlaşma və dialoqun davamlı inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirən QMİ-nin sədri Şeyxülislam A. Paşazadə Patriarx Varfolomeyi və Mitropolit Emmanueli Qarabağdakı məscidləri və kilsələri birlikdə ziyarət etmək üçün bir daha Azərbaycana səfərə dəvət edib.

QMİ-nin sədri təəssüflə qeyd edib ki, erməni kilsəsi qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni din xadimləri bir əlində xaç, bir əlində silah müharibəyə çağırışlar edir. Şeyxülislam A.Paşazadə ümid etdiyini bildirib ki, erməni katolikosu dini liderə yaraşan, mənəvi öhdəliklərinə uyğun şəkildə müharibə deyil, sülhü və dialoqu təşviq edəcək, sülhpərvər və humanist ideyaları təbliğ edəcək, dini müstəvidə nifrət çağırışlarından çəkinəcəkdir. Patriarx Varfolomey bu mövqeni müdafiə etdiyini bildirib və erməni Apostol kilsəsinin məhz bu yöndə səy göstərməsinin vacib olduğunu vurğulayıb.

Patriarx Varfolomey Şeyxülislam Allahşükür Paşazadəni növbəti müddətə KAICIID Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü seçilməsi münasibətilə səmimi təbrik edib və ona səmərəli fəaliyyətində uğurlar diləyib. Görüşdə iştirak edən Mitropolit Emmanueli Ekumenik Patriarxatının ağsaqqalı və Kadıköy (Xalkidon) Mitropoliti seçilməsi münasibətilə təbrik edən Şeyxülislam A. Paşazadə, öz növbəsində, ümidvar olduğunu bildirib ki, onların fəal əməkdaşlığı hər ikisinin Direktorlar Şurasının üzvü olduqları KAICIID Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzi platformasında, həmçinin beynəlxalq dinlər və mədəniyyətlərarası əməkdaşlıq müstəvisində bundan sonra da davam edəcəkdir. Təbriklərə görə öz təşəkkürünü bildirən Mitropolit Emmanuel, öz növbəsində, Ekumenik Patriarxlıq ilə QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın paytaxtında beynəlxalq dinlərarası forumun təşkil olunması təşəbbüsünü irəli sürüb. QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bu təşəbbüsü dəstəkləyib və yüksək qiymətləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib