Azərbaycan Dövlət İnformasiya Agentliyi

Patrik Hikki: Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq

Patrik Hikki: Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq

Avropa Olimpiya Komitəsinin prezidenti AZƏRTAC-ın bu möhtəşəm idman bayramının yüksək səviyyəli işıqlandırılmasına öz töhfələrini verəcəyinə inandığını bildirib. Onun fikrincə, agentliyin Oyunlarla bağlı yaydığı xəbərlər və yaranmış əlaqələr gələcəkdə Avropa Olimpiya Komitəsi və AZƏRTAC-ı bir-birinə daha da yaxınlaşdıracaq.

Bakı, 11 iyun AZƏRTAC

Bakıda hər kəs gözəl, möhtəşəm və inanılmaz idman bayramının şahidi olacaq.

Bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki AZƏRTAC-a məxsusi müsahibəsində deyib. Müsahibəni təqdim edirik.

- Cənab Hikki, birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan qısa müddətdə çox böyük işlər görüb. Siz Oyunlara hazırlıq işlərini necə qiymətləndirərdiniz?

- İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu idman yarışlarına yüksək səviyyədə hazırlıq görülməsində böyük xidmətlərini qeyd etmək istərdim.

Azərbaycan ilə Avropa Olimpiya Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyalarının rəhbərləri ilə keçirilən mütəmadi görüşlər də bu prosesə öz müsbət təsirini göstərib.

Şübhəsiz, Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunları səviyyəsinə və əhatə dairəsinə görə böyük tədbir olacaq. İnsanlarınız çox qonaqpərvərdirlər. Düşünürəm ki, azərbaycanlılar bütün dünyaya unudulmaz idman bayramı təqdim edəcəklər. “Bakı-2015” ilk Avropa Oyunları dünya miqyasında mötəbər idman tədbiri olacaq. Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Oyunlarda 6 min atletin 20 idman növündə mübarizəyə qatılması həqiqətən də böyük göstəricidir. Avropa Oyunları beynəlxalq miqyasda artıq kifayət qədər imic qazanıb. Qitə idmançıları da möhtəşəm idman oyunlarını səbirsizliklə gözləyirlər.

- Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində bir çox ölkələrdə “Bakı-2015”-in geniş təqdimatları keçirildi. Sizin bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Birinci Avropa Oyunları ilə bağlı London, Paris, Roma, Brüssel, Moskva və digər ölkələrin paytaxtlarında çox uğurlu təqdimatlar oldu. Azərbaycan hər bir təqdimata böyük diqqət ayıraraq ölkənin idman ruhunu bütün dünyaya çatdıra bildi. Avropa ölkələrində təşkil olunmuş bu tədbirlər qazanılan bütün uğurları hamıya göstərmək üçün gözəl fürsət yaratdı. Azərbaycan ilk Avropa Oyunları ilə yeni idman tarixini yazacaq. Avropada idmana nəinki yeni prizmadan baxılır, o cümlədən Avropa Oyunlarını keçirməklə idman hərəkatı əlavə məzmunla zənginləşir. Qlobal idman hərəkatı baxımından Avropa irəliyə doğru addımlarını davam etdirməlidir. Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı olmayacaq. Bu Oyunlar innovativliyi və adi yarışlardan fərqli olaraq müxtəlif idman növləri ilə seçiləcək. Bütün işlər düzgün həyata keçirilib.

Azərbaycan qədim tarixə malik, sürətlə inkişaf edən, təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən gənc ölkədir. Ölkəniz cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi sayəsində Azərbaycanda inkişaf təmin edilib. “Bakı-2015” Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edir. Bundan əlavə, Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq.

- “Bakı-2015”-in dünya, xüsusən Avropa mediasında təbliği barədə nə deyə bilərsiniz?

- Əvvəlcə onu deyim ki, yüksək səviyyəli peşəkarların səyləri nəticəsində bütün Avropa Azərbaycanın timsalında inanılmaz idman hadisəsini izləyəcək. Oyunların təbliğində medianın iştirakı və rolu olduqca vacibdir və bu məsələdə KİV bizim ən önəmli tərəfdaşlarımızdan biridir. Biz bu istiqamətdə bütün səylərimizi birləşdirməliyik. Şübhə etmirəm ki, “Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi olacaq hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. Lakin 2019-cu ildəki Oyunlar “Bakı-2015”-in tam təkrarı olmayacaq. Bizim məqsədimiz Avropa Oyunlarını hər bir şəhərə uyğun təşkil etməkdir.

- Azərbaycanın milli informasiya agentliyi olan AZƏRTAC “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşıdır. Siz Oyunların təbliğində AZƏRTAC-ın rolunu necə qiymətləndirirsiniz?

- AZƏRTAC-ın “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olması çox xoşdur. Agentliyiniz ölkənin gündəlik həyatı ilə bağlı məlumatlar yayır. Təbii ki, istər Avropa Olimpiya Komitəsi, istərsə də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi dünyanın nüfuzlu xəbər agentlikləri ilə strateji əməkdaşlıqdan məmnunluq duyur. Ümid edirəm ki, agentliyinizin Oyunlarla bağlı yaydığı xəbərlər və yaranmış əlaqələr gələcəkdə Avropa Olimpiya Komitəsi və AZƏRTAC-ı bir-birinə daha da yaxınlaşdıracaq.

Bu Oyunlar Avropa qitəsinin ilk çoxnövlü idman yarışması olacaq. Bakıda ən yaxşı praktiki modellər hazırlanıb. İnanıram ki, agentliyiniz bu möhtəşəm idman bayramının yüksək səviyyəli işıqlandırılmasında töhfələrini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq