PAYIZLIQ TAXIL SƏPİNİ DAVAM ETDİRİLİR
Ucar, 19 oktyabr (AZƏRTAC). Son vaxtlar hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq rayonda payızlıq taxıl əkini uğurla davam etdirilir. Bu il 12 min 63 hektardan 28 min 148 ton taxıl götürən torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün əkin sahələrini 13 min hektara çatdırmaq əzmindədirlər. Bu barədə məlumat verən rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nurməmməd Tağıyev bildirmişdir ki, hələlik 10 min hektardan çox sahə şumlanmış, 3 min hektarda səpin keçirilmişdir. Şum altına 22 min ton fosfor, 30 min tondan çox üzvi gübrə verilmişdir. Bu, gələcək məhsuldarlıq üçün mühüm amildir.
Hazırda sahələrdə 30-dan çox şum traktoru, səpin aqreqatı və digər texnikanın gücündən istifadə olunur. Bir sıra ərazilərdə, xüsusilə Alpout, Yuxarı Şilyan, Bərgüşad, Qaziyan ərazi vahidlərində taxıl səpini kampaniyası daha mütəşəkkil aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]