PAYTAXT İCTİMAİYYƏTİ PEKİN YAY PARALİMPİYA OYUNLARININ MEDALÇILARINI BÖYÜK TƏNTƏNƏ İLƏ QARŞILAMIŞDIR
AZƏRTAC xəbər verir ki, XIII Pekin Yay Paralimpiya oyunlarında iştirak etmiş Azərbaycan idmançıları sentyabrın 19-da Vətənə qayıtmışlar.
Pekində Azərbaycanın idman tarixinə yeni bir parlaq səhifə yazmış paralimpiyaçılarımızı - cüdoçular İlham Zəkiyevi, Kərim Sərdarovu, Tofiq Məmmədovu, Ramin İbrahimovu, atletlər Oluxan Musayevi, Zeyniddin Bilalovu, Oleq Panyutini, Vladimir Zayetsi, Vüqar Mehdiyevi və Rza Osmanovu Heydər Əliyev adına beynəlxalq hava limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılamışlar.
İdmançılarımız maşın karvanının müşayiəti ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş ulu öndərin xatirəsini ehtiramla anmış, abidəsi önünə gül dəstələri qoymuşlar.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirmişdir ki, 11 gün davam edən Pekin Paralimpiya oyunlarında 148 ölkədən 4200-dən çox idmançı 20 idman növündə 472 dəst medal uğrunda mübarizə aparmışdır. Yığmamız bu mötəbər turnirdən Azərbaycana 10 medalla dönmüşdür. Azərbaycan idmançıları 2 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülmüşlər.
İ.İsmayılov vurğulamışdır ki, Azərbaycan yığması medalların əyarına görə 38-ci, kəmiyyətinə görə isə 32-ci sıradadır. Komandamız bu nəticə ilə MDB ölkələri arasında 4-cü olmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]