Paytaxt sakininin çantasını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 25 iyul, AZƏRTAC
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının iyulun 24-də rayondakı mağazaların birində işləyən Bakı şəhər sakini S.Muradovun içərisində 550 manat məbləğində pul, mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olan çantasının oğurlanması barədə həmin polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini H.Şahbazlı və Bakı şəhər sakini İ.Hüseynli müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.