Paytaxt sakininin idarə etdiyi avtomobildən ov tüfəngi və narkotik vasitələr götürülüb
Bakı, 24 may, AZƏRTAC
Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi “Tofaş” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çoxsaylı səs-siqnal sisteminin quraşdırılmasının müəyyənləşdirildiyi avtomobildə balta, “Draqon” markalı ov tüfəngi, 14 patron, “Jenix” markalı gözyaşardıcı qaz balonu, elektroşok cihazı və 8 bükülüdə narkotik vasitə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]