Paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 334,3 milyon manat olub
Bakı, 2 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 faiz artaraq 334,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 293 milyon manat olub ki, bu da ümumi dövriyyənin 87,6 faizini təşkil edib.