Paytaxtın mərkəzi hissəsində bir sıra mühüm obyektlərin tikintisi aparılır
Bakı, 5 noyabr (AZƏRTAC). Bakı şəhərinin Səbail rayonu ərazisində hazırda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə isə təmir-bərpa işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bu gün rayonda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni bina inşa olunur.
Bundan əlavə, Parlament prospektindəki “Alov qüllələri” kompleksində və Badamdar qəsəbəsindəki Bakı Oksford Məktəbi üçün yeni tədris korpusunda da tikinti işləri aparılır.
Bakının mərkəzi hissəsində, metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən “Cənub” mehmanxanası sökülmüş və yerində müasir, 7 mərtəbəli yeni mehmanxananın, eləcə də Qurban Abbasov küçəsində yeni İş Mərkəzinin inşası ilə bağlı intensiv işlər gedir.
Bu işlər çərçivəsində “Azadlıq” meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılmış, yola yeni asfalt örtüyü çəkilmiş, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri isə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]