Paytaxtın metallurgiya sənayesində 293 milyon manatlıq məhsul istehsal olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Paytaxtın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində cari ilin yanvar-sentyabr aylarında 293,4 milyon manatlıq məhsul istehsal edilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ötən ilin eyni ayları ilə müqayisədə metallurgiya sənayesində 0,2 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,3 faiz azalma müşahidə olunub.
Həmçinin ötən ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 2,3 dəfə, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 7,9 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı 48,3 faiz, armaturun istehsalı isə 20,7 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]