Paytaxtın Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib
Bakı, 10 mart, AZƏRTAC
Paytaxtın Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib.
Bakı Nəqliyyat Agentiliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən ərazidə 238 saylı uşaq bağçası, 267 saylı orta məktəb yerləşməklə yanaşı, sıx məskunlaşma da mövcuddur. Nəticədə ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib, inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub.
İşıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.