Paytaxtın Nərimanov parkı da “Pulsuz Wi-Fi”la təmin olunub
Bakı, 7 noyabr, Elvira Məmmədova, AZƏRTAC
“Baktelecom” “Pulsuz Wi-Fi” zonalarının sırasına daha birini əlavə edib. Bu gündən etibarən “Nərimanov” metrosunun yaxınlığındakı parkı istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.
“Baktelecom”dan AZƏRTAC-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətin əhatə dairəsi genişlənir.
Qeyd edək ki, indiyədək “İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” (Fashion Avenue), “İzmir” parklarında da aktiv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]