PAYTAXTIN ORTA MƏKTƏB ŞAGİRDLƏRİ ARASINDA “MƏN KONSTİTUSİYANI ÖYRƏNİRƏM” ADLI BİLİK OLİMPİADASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 11-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında “Mən Konstitusiyanı öyrənirəm” adlı bilik olimpiadasının ikinci mərhələsi keçirilmişdir.
Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bilik yarışmasının final mərhələsinə vəsiqə qazanmış şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışdır.
R.Abbasov bildirmişdir ki, Azərbaycan Konstitusiyası 1995-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq referendumu vasitəsilə qəbul olunmuşdur. Hər bir Azərbaycan vətəndaşının hüquq və vəzifələri ölkənin əsas qanunu olan Konstitusiyada öz əksini tapmışdır. Bu baxımdan gənc nəsil üçün də qanunun aliliyini dərk etmək onların gələcək həyatında mühüm rol oynayacaqdır. Gənclərimiz Konstitusiyanı mükəmməl öyrənməklə intellektual səviyyələrini artıra və vətəndaş cəmiyyətinin qurulmasında öz töhfələrini verə bilərlər.
R.Abbasov qeyd etmişdir ki, yaxın gələcəkdə Konstitusiya ilə bağlı sərgilər və inşa-yazı müsabiqələri də keçiriləcəkdir.
Olimpiadada ilk üc yeri tutmuş şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]