Paytaxtın toxuculuq sənayesində 11,6 faiz artım olub
Bakı, 4 noyabr, AZƏRTAC
Bu ilin 9 ayında Bakının toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 86,1 milyon manat dəyərində məhsul istehsal edilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 11,6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 28,5 faiz artım, geyim istehsalında isə 28,6 faiz azalma müşahidə olunub.