Pedaqoji Universitetdə 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub
Bakı, 1 sentyabr, AZƏRTAC
2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarında 13 ixtisasda dövlət sifarişi üzrə keçid balı 500-dən yüksək olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında dövlət sifarişli yerlər üzrə formalaşmış minimal keçid balı həm ADPU-da, həm də bütün filiallarda 500-dən yuxarı olub.