Azərbaycan Dövlət İnformasiya Agentliyi

PEKİN-2008 OLİMPİADA: STARTA HƏR ŞEY HAZIRDIR

- Bu gün biz bütün dünyaya elan etdik ki, Çinin bütün olimpiya obyektləri Olimpiya Oyunlarına hazırdır, - bu sözləri bizə XXIX Yay Olimpiadasının keçirilməsi üzrə Təşkilat Komitəsinin departament direktoru Sun Veyde dedi.

Onunla Təşkilat Komitəsinin yerləşdiyi göydələnin geniş konfrans hollunda söhbət edirdik. Pekinin baş meydanı Tyananmendə quraşdırılmış böyük tablo isə planetimizin əsas idman yarışlarının başlanmasına qalan son həftələri “sayırdı”.

Son illərdə Çinin bütün həyatının qarşıdakı Oyunlara hazırlıqla bağlı olduğunu desək, mübaliğə olmaz. Pekin Olimpiadası bu ölkədə xüsusi diqqət və qayğı predmeti, onun uğurla keçirilməsi isə çinlilər üçün şərəf, qürur məsələsi olmuşdur. Təsadüfi deyil ki, məşhur ekspertlərin fikrincə, qarşıdakı Pekin Olimpiadası, ümumiyyətlə, ən yaddaqalanı, ən mütəşəkkili, ən gözəli, ən ədalətlisi olacaqdır.

Çinin xarici işlər nazirinin müavini Li Xuey AZƏRTAC-ın xüsusi müxbirinə dedi:

- Pekin Olimpiadasına hazırlıq dövründə biz beynəlxalq birliyin geniş dəstəyini və həmrəyliyini hiss etdik. Bu yaxınlarda ölkəmizdə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar yaranmış məlum problemlərə baxmayaraq, biz dünyada ən möhtəşəm idman yarışlarına hazırlıq işlərini vaxtından əvvəl başa çatdırmışıq və güman edirik ki, bu Oyunlar tarixdə ən yaxşı Olimpiada olacaqdır.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun bu yaxınlarda Çinin lideri, ÇKP MK-nın baş katibi Hu Szintaonun rəhbərliyi ilə keçirilmiş iclasında Olimpiadaya hazırlıq işlərinin nəticələrindən razılıq ifadə edilmişdir. Eyni zamanda, işin sürətini azaltmamağın, Oyunların ən yüksək səviyyədə keçirilməsini təmin etməyin vacibliyi vurğulanmışdır.

Görünür, çinlilər bu məqsədə nail olmaq üçün vaxtlarını və vəsaitlərini əsirgəmirlər. “Pekin-2008” hətta Olimpiya Oyunlarının rəmzi olan, bir-birinə “hörülmüş” beş halqanın təmsil etdiyi nəhəng Olimpiya dünyası miqyasında da çox böyük hadisə olacaqdır. İlkin hesablamalara görə, budəfəki Oyunların büdcəsi 23 milyard dollara bərabərdir. Bu, Sidney Olimpiadasının (2000-ci il) büdcəsindən 7 dəfə, Afina Olimpiadası (2004-cü il) ilə müqayisədə 5 dəfə, 1984-cü ildə Los-Ancelesdə keçirilmiş Oyunların büdcəsindən isə 32 dəfə çoxdur. Fərqin bu qədər yüksək olması onunla bağlıdır ki, başqa şəhərlərdən fərqli olaraq, Pekində ən zəruri tələbləri təmin etmək üçün çox iş görmək lazım gəlmişdir.

Olimpiya yarışlarının keçirilməsində bütünlükdə 37 idman qurğusundan istifadə ediləcəkdir. Bu obyektlərdən 11-i təzə tikilmiş, 8-i yenidən qurulmuşdur, qalanları isə müvəqqəti tikililərdir. Olimpiya obyektləri Çinin və xarici şirkətlərin iştirakı ilə inşa edilmişdir. Məsələn, Olimpiadanın əsas obyekti olan Milli stadionun tikilməsi üçün elan edilmiş müsabiqədə İsveçrə şirkəti qalib gəlmişdir. 90 mindən çox tamaşaçı tutan, quş yuvasına oxşayan bu stadion Olimpiadanın rəmzlərindən birinə çevrilmişdir. Tribunalarla birlikdə bütün bu nəhəng tikilini əhatə edən metal konstruksiyaların quş qanadları şəklində gərilməsi onu həqiqətən quş yuvasına bənzədir.

Təəssüf ki, biz müasir memarlığın bu möcüzəsinə içəridən tamaşa edə bilmədik - orada qarşıdakı açılış mərasiminin son məşqləri gedirdi. Müsahibimizin dediyinə görə, onun süjeti yalnız çox az sayda adamlara məlumdur. Stadionun yaxınlığındakı geniş meydandan daha bir nadir qurğu görünür. Bu, su idmanı növləri üçün nəzərdə tutulan “Şuylifan” (“Su kubu”) Milli kompleksidir. Kompleksin açıq qapılarından musiqi sədaları eşidilirdi - mütəxəssislər akustika sistemini sazlayırdılar. 17 min tamaşaçı tutan, 30 metr hündürlüyündə kub şəklində nəhəng tikilinin belə adlanması içərisinə mavi qovuqcuqlar doldurulmuş akvariuma oxşaması ilə əlaqədardır. Bu effektə nail olmaq üçün kompleksin divarlarına və damına səkkizüzlü şəffaf teflon lövhələrdən ibarət üzlük çəkilmişdir. Bu lövhələr hovuzların qızdırılması üçün istifadə edilən günəş enerjisini özündə toplayır, axşamlar isə “kub”dan ətrafa göy rəngli ecazkar şüalar yayılır. Maraqlıdır ki, kompleksin konstruksiyasında yağış suyunun yığılması və təmizlənməsi də nəzərdə tutulur. Bu su sonradan hovuzlarda istifadə edilmək üçün yeraltı anbarlarda saxlanılacaqdır.

Olimpiada təşkilatçılarının sözlərinə görə, çinlilər hazırlıq işlərinin gedişində ən mütərəqqi texnologiyalardan istifadə etmişlər. Mərkəzi idman kompleksinin yaşıllığa qərq olmuş xiyabanlarında hündür dayaqlar üzərində quraşdırılmış günəş batareyaları buna əyani sübutdur. Yeri gəlmişkən, Pekinin və ölkənin başqa şəhərlərinin birmərtəbəli binalarının yerində salınmış, sayı durmadan artmaqda olan hündürmərtəbəli binalardan ibarət yeni məhəllələrin damlarında da bu sadə qurğuları görmək mümkün olacaqdır.

Biz gələcək Olimpiadanın mərkəzi kompleksini tərk edəndə “Quş yuvası”nda açılış mərasiminin növbəti məşqi başlanırdı. Görünür, bu mərasim uzun müddət yadda qalacaqdır. Çinlilər, onların fikrincə, XXIX yay Olimpiya Oyunlarının bəzəyi olacaq tamaşanın hazırlanmasına və həyata keçirilməsinə çox ciddi yanaşırlar. 3,5 saat davam edəcək “Sivilizasiya və Harmoniya” adlı şounun hazırlanmasına ən yaxşı yerli qüvvələr, o cümlədən populyar çin rejissoru Çjan İmou cəlb edilmişdir. Avqustun 8-də açılış mərasimində iştirak edəcək tamaşaçılar Çinin son 5000 illik tarixindən epizodlara baxacaqlar. Burada kunq-fu ustaları, etnik rəqs qrupları, akrobatlar və … pandalar - ağ-qara rəngli balaca ayılar çıxış edəcəklər. Şou atəşfəşanlıqla müşayiət olunacaqdır. Olimpiya oyunlarının təntənəli açılış mərasimini birbaşa efirdə izləyən televiziya tamaşaçılarının sayının 4 milyarddan çox olacağı gözlənilir.

“Quş yuvası”nın 3 kilometrliyində 66 hektar sahədə yerləşən Olimpiya kəndinin açılışı iyulun 27-də olacaqdır. Olimpiya parkının mühüm tərkib hissəsi olan bu kənddə 16 mindən çox idmançı və məmur yaşayacaqdır. Olimpiya kəndində yerləşdirilmə mərasimi 20 dəqiqə çəkəcəkdir. Bu mərasimdə ölkənin dövlət bayrağı qaldırılacaq, hər biri müvafiq nümayəndə heyətinə təhkim olunmuş Pekin məktəblərindən birinin şagirdləri təntənəli mahnı ifa edəcəklər. Olimpiya kəndinin rəhbəri xanım Den Yapin jurnalistlərə birdirdi ki, Olimpiadada iştirak edəcək 205 nümayəndə heyətinin hər biri üçün təbrik nitqlərinin mətnləri artıq hazırdır.

Olimpiya kəndi “olimpiya ailəsi”nin üzvlərini zəruri olan hər şeylə - qida, yaşayış yeri, nəqliyyat və başqa xidmətlərlə təmin edəcək mini-şəhərciyi xatırladır. Burada iki restoran işləyir. Gecə-gündüz işləyən 6000 nəfərlik böyük restoranda həm Çin, həm də Qərb mətbəxi yeməkləri təklif olunur. Kiçik restoranda “pekinsayağı” qəlyanaltıların və ləziz təamların dadına baxmaq olar. Çin spesifikası ilə fərqlənən çay evlərində hər gün çay dəsgahının özəllikləri nümayiş etdiriləcəkdir. Dünyanın müxtəlif ölkələrini təmsil edəcək nümayəndə heyətlərinin üzvlərinin dini etiqadlarının da müxtəlifliyi nəzərə alınaraq, Olimpiya kəndində dini xidmətlər göstərən mərkəz yaradılmışdır. Sun Veydenin sözlərinə görə, Olimpiya Oyunları başa çatandan sonra kənddəki evlər paytaxtın mənzil fonduna daxil olacaqdır. Yeri gəlmişkən, bu evlərdəki mənzillər çox prestijli sayılır və qiymətlərin kifayət qədər yüksək olmasına baxmayaraq, onların hamısı artıq satılmışdır.

Biz Pekində avtomobil tıxacları ilə demək olar ki, üzləşmədik. Bu, düşünülmüş nəqliyyat siyasətinin nəticəsidir. Olimpiadaya hazırlığın gedişində bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. Maraqlıdır ki, işıqforların demək olar ki, hər birinin üzərində böyük taymer quraşdırılmışdır və o yaşıl, yaxud qırmızı işığın neçə saniyədən sonra yanacağını göstərir. Yollarda tıxacların qarşısını almaqda magistralların geniş olması ilə bərabər, çoxsaylı və əsasən, çoxmərtəbəli yol ötürücüləri də mühüm rol oynayır.

Yaxın vaxtlara qədər Çin paytaxtında metropoliten 4 dairəvi xətdən ibarət idi, indi isə bu şəbəkə xeyli genişləndirilmişdir: keçən ilin axırlarında metropolitenin 5-ci dairəsi işə salınmışdır, Olimpiada ərəfəsində 6-cı dairə də istifadəyə veriləcəkdir.

Çinin paytaxtı ekoloji baxımdan dünyanın ən problemli şəhərlərindən biridir. Məsələn, bizim Pekində olduğumuz 4 gündə havaların çox isti keçməsinə baxmayaraq, demək olar ki, günəşi görə bilmədik: qatı tüstü dumanı bütün səmanı bürümüşdü. Lakin ev sahiblərinin dediyinə görə, son vaxtlar şəhərin səması xeyli təmizlənmişdir: zərərli istehsalatların çoxu bağlanmış, yaxud şəhərdən kənara köçürülmüşdür.

Pekin şəhərinin hakimiyyət orqanları qeyri-adi bir qərar qəbul etmişlər: iyulun 20-dən sentyabrın 20-nə qədər burada ayın cüt günlərində yalnız dövlət nömrə nişanının axırıncı rəqəmi cüt olan, tək günlərdə isə nömrə nişanının axırıncı rəqəmi tək olan avtomobillərin şəhərə çıxmasına icazə veriləcəkdir. Çin paytaxtının nəqliyyat polisi qabaq şüşəsində “sarı kart” olan (işlənmiş qazlarla ətraf mühiti çirkləndirmə səviyyəsinin yüksək olması əlaməti) 300.000 avtomobilin sentyabrın 20-dək şəhər daxilində hərəkətini qadağan etmişdir. Ölkənin başqa regionlarında qeydiyyata alınmış yük maşınlarının, traktorların və iriqabaritli başqa nəqliyyat vasitələrinin Pekinə daxil olmasına da qadağa qoyulmuşdur.

Bu il Çində yağıntıların miqdarı həmişəkindən çox olmuşdur. Lakin yerli metereoloqların fikrincə, Olimpiya Oyunlarının açılış mərasimi zamanı güclü yağış yağması ehtimalı azdır. Proqnozlara görə, Şimali Çində yağışlar mövsümü avqustun 7-dək əsasən başa çatacaqdır. Adətən, yağışlar iyulun üçüncü - avqustun birinci ongünlüyünə düşür, lakin bu il yağışlar mövsümünün həmişəkindən təqribən 10 gün tez başlaması həmin mövsümün həmişəkindən tez - avqustun 1-ci ongünlüyündə başa çatacağına ümid etməyə əsas verir.

Çin Pekin Olimpiadasına əvvəlki Olimpiya oyunları ilə müqayisədə daha çox idmançı göndərməyə hazırlaşır - ölkənin 28 növü üzrə yarışlarda 613 idmançı iştirak edəcəkdir. Lakin gələcək mükafatlardan söhbət düşəndə çinlilər çox təvazökarlıqla bildirdilər ki, məşhur idman dövlətləri, çox güclü rəqiblər vardır. Bununla belə, ekspertlərin proqnozlarına görə, Olimpiadanın ev sahibləri tanınmış favoritlərə layiqincə müqavimət göstərmək əzmindədirlər. Onlar yalnız bir halda - Olimpiya medalları uğrunda mübahisədə özlərinə xas olan qonaqpərvərlik nümayiş etdirmək fikrində deyillər.

Vladimir Morozkov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-Pekin-Bakı

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib