Pekin: Çin və ABŞ dialoq və qarşıdurma arasında seçim etməlidir
Bakı, 19 iyun, AZƏRTAC
Pekin və Vaşinqton Çin-ABŞ münasibətlərinin inkişaf yolunu seçməlidir - əməkdaşlıq, yoxsa qarşıdurma.
AZƏRTAC xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici məsələlər üzrə komissiyasının dəftərxana rəhbəri, Siyasi Büronun üzvü Van İ ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə deyib.
“Birləşmiş Ştatların dövlət katibinin Pekinə səfəri Çin-ABŞ münasibətlərindəki kritik dövrə təsadüf edir. Biz dialoq və ya qarşıdurma, əməkdaşlıq və ya münaqişə arasında seçim etməliyik”, - deyə Van İ vurğulayıb. O, həmçinin iki ölkə arasında münasibətlərin pisləşməsi prosesini dayandırmağa, bu prosesi “sağlam və stabil inkişaf yoluna” qaytarmağa çağırıb.
Entoni Blinken isə tviter səhifəsində Van İ ilə ikitərəfli münasibətləri, ölkə daxilində və bütün dünyada insanlara təsir edən qlobal əhəmiyyətli məsələləri müzakirə etdiyini yazıb.
ABŞ-ın dövlət katibi iyunun 18-19-da Pekində səfərdədir. Dövlət departamentinin bir qədər əvvəl təsdiqlədiyi məlumata görə, Entoni Blinken bu gün ÇXR-in sədri Si Cinpinlə görüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]