İDMAN
Pekin Qış Olimpiya Oyunlarının iştirakçıları koronavirusa görə diskvalifikasiya olunmayacaqlar
Bakı, 8 dekabr, AZƏRTAC
2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının iştirakçılarında yarış zamanı koronavirus aşkar edilərsə onlar diskvalifikasiya olunmayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, koronavirus səbəbindən idmançı və ya komanda yarışı davam etdirə bilməsə, onların nəticəsi ləğv edilməyəcək. Finala çıxmış idmançı və yaxud komandada koronavirus infeksiyası aşkar ediləcəyi təqdirdə isə onlara avtomatik gümüş medal veriləcək.
Oxşar qaydalar bu ilin yayında baş tutan Tokio Olimpiadasında da qüvvədə olub.
Pekin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]