PENTAQON ÇİNİ HƏRBİ ƏMƏKDAŞLIQ ÜÇÜN DAHA BÖYÜK POTENSİALA MALİK ÖLKƏ HESAB EDİR
Sənəddə deyilir: “Rusiya “soyuq müharibə” illərində Sovet İttifaqının etdiyi miqyasda və ya intensivliklə Birləşmiş Ştatlara, yaxud onun müttəfiqlərinə, çətin ki, hərbi təhlükə törətsin”.
Pentaqonun fikrincə, “Rusiya ilə kütləvi qırğın silahının yayılmasına qarşısı tədbirlər görmək, terrorizmlə mübarizə aparmaq və narkoticarətin qarşısını almaq kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək lazımdır”. Lakin “Rusiyanın digər ölkələrə hərbi texnologiya satması Vaşinqtonda getdikcə böyük narahatlıq doğurur”.
Pentaqon Çini “ABŞ ilə hərbi əməkdaşlıq üçün daha böyük potensiala malik olan” ölkə adlandırmışdır. Sənəddə vurğulanır ki, “Çin öz hərbi imkanlarının inkişafına, xüsuən də, strateji cəbbəxananın artırılmasına böyük məbləğdə vəsait qoymada davam edir”. ABŞ Çini “Cənub-Şərq regionunda konstruktiv rol oynaya biləcək iqtisadi tərəfdaş” kimi görmək istərdi.
Pentaqon belə yaxşı niyyətlər söyləməklə yanaşı, hər halda, Sakit okean donanmasını azı bir aviasiya gəmisi və beş sualtı nüvə qayığı ilə gücləndirməyi lazım bilir. Odur ki, Hərbi Dəniz Qüvvələri çəkindirmə vasitələri kimi və mümkün münaqişələrə hazır olmaq məqsədi ilə azı 6 aviasiya gəmisini və sırada olan sualtı qayıqların 60 faizini Sakit okeanın qərb hissəsində daimi əsasda yerləşdirməyi planlaşdırır.