Pentaqon Kaliforniyadakı hərbi bazasının bir hissəsini icarəyə verə bilər
Bakı, 4 sentyabr, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyi “Qızıl günbəz” raketdən müdafiə sisteminin maliyyələşdirilməsi məqsədilə “Camp Pendleton” hərbi bazasının bəzi ərazilərini kommersiya istifadəsi üçün icarəyə verməyi nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, NBC telekanalının məlumatına görə, hazırda Kaliforniya ştatında yerləşən Dəniz Piyadaları Korpusuna məxsus bazanın müəyyən sahələrinin icarəyə verilməsi ilə bağlı Pentaqonda müzakirələr gedir. Bu, yeni raketdən müdafiə sistemi olan “Qızıl günbəz” layihəsinə əlavə maliyyə vəsaitinin cəlb olunması ilə bağlıdır.
Baza ərazisinin cəmi dörddəbir hissəsi hazır olsa da, dəniz piyadaları təlimlər zamanı istifadəyə verilməmiş ərazilərdə müxtəlif manevrlər həyata keçirirlər.
Xatırladaq ki, bu ilin may ayında ABŞ Prezidenti Donald Tramp “Qızıl günbəz” adlı yeni raketdən müdafiə sisteminin memarlıq konsepsiyasının seçildiyini bəyan edib. Dövlət başçısının sözlərinə görə, layihənin dəyəri təxminən 175 milyard dollardır. Trampın ikinci prezidentlik müddətinin sonunadək istifadəyə verilməsi planlaşdırılan yeni sistemə yerüstü, dəniz və kosmik komponentlər daxil olacaq.
CNN telekanalının məlumatına görə, “Qızıl günbəz” sisteminin ilk genişmiqyaslı sınağı 2028-ci ilin sonuna nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]