PENTAQONDA ÇİNLƏ HƏRBİ ƏMƏKDAŞLIĞIN SƏVİYYƏSİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR
Gələn həftə başlanacaq səfər çərçivəsində Pentaqonun başçısı əvvəlcə Çinə gedəcəkdir. Ramsfeld 2001-ci ildə vəzifəsinin icrasına başlayan vaxtdan bəri çoxsaylı dəvətlərə baxmayaraq, Çində olmamışdır. Səfər ABŞ-da tez-tez səslənən və Pekinin Tayvana hərbi müdaxiləsi təhlükəsinin, habelə ÇXR-də hərbi quruculuğun sürətinin artdığından narahatlıq duyulan bəyanatların verildiyi bir dövrdə həyata keçiriləcəkdir.
Amerikanın yüksək vəzifəli nümayəndəsi Pekin görüşləri zamanı Çin tərəfi üçün ağrılı olan məsələyə - ABŞ-ın Tayvanla hərbi əməkdaşlığı məsələsinə toxunulacağını da istisna etmir.
Ramsfeld Çindən sonra Koreyaya, Monqolustana, babelə Mərkəzi Asiya ölkələrinə də səfər edəcəkdir. Lakin Asiya səfəri cədvəlində ABŞ-ın yaxın müttəfiqi olan Yaponiyanın adı yoxdur. Yaponiya KİV-lərinin məlumatına görə, bu, çox güman, Okinava adasında Amerika hərbi bazalarının yerini dəyişdirmək məsələsi ətrafında yaranmış fikir ayrılığı ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]