Perm hava limanında reyslər təxirə salınıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Rusiyanın Perm şəhərindəki “Bolşoye Savino” hava limanında 20-dən çox reys təxirə salınıb, 4 reys isə ləğv edilib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, hava limanının onlayn uçuş məlumat lövhəsinə əsasən, gecikmələr həm gələn, həm də yola düşən reysləri əhatə edir.
Permdə yerli vaxtla saat 05:50-dən etibarən pilotsuz uçuş aparatları ilə bağlı təhlükə siqnalı qüvvədədir. Regional Ərazi Təhlükəsizlik Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin bölgədə dron hücumunu dəf etdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [21:51]
Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib
- 28.10.2026 [19:01]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [18:47]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [17:57]
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
- 28.10.2026 [17:32]