Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərvin Kərimzadə: 44 günlük Vətən müharibəsi Azərbaycanın şərəf, qürur və qəhrəmanlıq tarixidir

Pərvin Kərimzadə: 44 günlük Vətən müharibəsi Azərbaycanın şərəf, qürur və qəhrəmanlıq tarixidir

Bakı, 8 noyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində xalqımız böyük Qələbə üçün bütün imkanları tam səfərbər etdi. Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarı sentyabrın 27-dən başlanan çətin yolun sonundakı Qələbənin, Zəfər salnaməsinin əsas leytmotivinə çevrildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, tarixə qızıl hərflərlə yazılan Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyən Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə müharibə dövründə öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Vətən müharibəsində qazanılan Qələbə, milli birliyimizin Qələbəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hər diplomatik uğuru, hər sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu Qələbəyə aparırdı. İllərlə zərrə-zərrə toplanan imkanlarımız “Dəmir yumruğ”a çevrilərək, Azərbaycan xalqına kəm baxan, torpaqlarımıza qənim kəsilən düşməni məhv etdi. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 günün hər günü şanlı tarixə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad olundu. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, tarixi ədalət Zəfər çalsın.

Deputat qeyd edib ki, tarixi Qələbə Azərbaycan xalqının böyük milli potensialını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni “Dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.

Bu ilin sentyabrında BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını vurğuladı. Qeyd etdi ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur.

Dövlətimizin başçısı onu da diqqətə çatdırdı ki, keçmiş işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlərin, tunel və bunkerlərdən ibarət istehkamların qurulması onların heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində olmadığını sübuta yetirir.

“Azərbaycan da növbəti hərbi təxribatları dəf edərək düşmən üzərinə əks-hücuma keçməklə Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı. Təxminən 30 il çəkən sülh danışıqlarının Ermənistanın işğalçı siyasəti üzündən heç bir səmərə verməyəcəyi artıq real həqiqət idi. Bu qədər uzun bir dövr ərzində Azərbaycan sülh danışıqlarına sadiq qalmışdı. Münaqişənin hər iki tərəfdən itkilərə yol vermədən həlli üçün bütün mövcud imkanları dəyərləndirməyə çalışırdı. Amma gedən proseslər belə bir həqiqəti ortaya çıxarırdı ki, Ermənistanın məqsədi sülh danışıqlarında iştirak etməklə heç də münaqişənin öz həllini tapması deyil. Onlar bununla sadəcə olaraq Azərbaycanın hərbi yola əl atmasına mane olmaq, mövcud status-kvonu qorumaq, ərazidə möhkəmlənmək və zaman keçdikcə işğalı qanuniləşdirmək niyyətində idilər”, - deyə P.Kərimzadə vurğulayıb..

O diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların da oxşar məzmunlu qərarları vardı. Amma Ermənistan bunların heç birinə məhəl qoymadı. İşğalçı mövqeyindən əl çəkmədi. Beynəlxalq cinayətlərini nümayişkəranə şəkildə davam etdirdi. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu hərəkətlərinə ciddi reaksiya vermədi. Ədaləti qorumaq əvəzinə ikili standartlar mövqeyi göstərdi. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq tribunalarda dəfələrlə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırsa da, əfsus ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Bir çox ölkələrə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə yönəlmiş qətnamələr 27 il icra olunmamış qaldı və bu sahədə ikili standartların olduğunu bir daha sübuta yetirdi. 30 ilə yaxın müddət ərzində Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üzrə mandat daşıyan ATƏT-in Minsk qrupu da, ciddi mövqe sərgiləyə bilmədi, üzərinə düşən vəzifələrin icrasına nail olmağı bacarmadı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi, Azərbaycan tarixinə şərəfli səhifələr yazdı.

Biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Azərbaycan Premyer Liqasında ilk tura “Qarabağ”ın oyunu ilə yekun vurulur

Astarada narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110-a çatdırıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir

Conni Depp "Karib dənizinin quldurları-6" filmində rol ala bilər

Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-offda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər