Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peşə təhsili haqqında qanunun qəbulu Strateji Yol Xəritəsinin icrasına xidmət edəcək

Peşə təhsili haqqında qanunun qəbulu Strateji Yol Xəritəsinin icrasına xidmət edəcək

Bakı, 4 fevral, Maqsud Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad elmləri doktoru, professor Famil Mustafayev peşə təhsilinin inkişafı, bu sahəyə marağın artması üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi barədə AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

-Hazırda peşə təhsilinin cəlbediciliyini artırılması, bu növ təhsilə marağın çoxalması və ictimai imicinin yaxşılaşdırılması məqsədilə önəmli işlər görülür. Azərbaycanda müvafiq istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi, peşə təhsilinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ni xüsusi qeyd etmək lazımdır. Sizcə, bu sənəddən irəli gələn tədbirlərin reallaşdırılması üçün hansı mexanizmlər hazırlanmalıdır?

-Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanına uyğun olaraq peşə təhsili və təliminin inkişafı ölkənin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanıb və təsdiqlənib. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla müasir tələblərə cavab verən və ölkəmizin reallıqlarına uyğun peşə təhsilinin “yenidənqurulması”nı özündə ehtiva edir. Peşə təhsili və təlimi sahəsindəki prioritetlərin əsas məqsədi digər mühüm sektorlarda tətbiq olunan prioritetlərin dəstəklənməsi üçün səriştəli işçi qüvvəsinin təmin edilməsidir. Peşə təhsili və təlimi sektorunda tətbiq olunan prioritetlərin real ÜDM-ə təsirinin təxminən 6 milyon manat olacağına baxmayaraq, burada müəyyənləşdirilən prioritetlər digər sektorların təşəbbüsləri çərçivəsində bir milyard manat məbləğində dolayı təsirin meydana çıxmasına səbəb olacaq. Göründüyü kimi, peşə təhsili sektoru digər sahələrlə qarşılıqlı təsirə malik olmaqla, həmin sektorların potensialının tam reallaşdırılmasında mühüm rol oynayır.

Təbii ki, strateji yol xəritəsinə uyğun olaraq, ilk növbədə, Azərbaycanda peşə təhsili haqqında qanunun qəbulu, peşə təhsili müəssisələrinin müvafiq qaydada optimallaşdırılması, burada fəaliyyət göstərən mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, özəl sektorla peşə təhsili və təlimi müəssisələri arasında dövlət-özəl tərəfdaşlığı, işəgötürənlərlə sistemli əməkdaşlıqların qurulması mexanizmləri sənədin icrasının səmərəliliyinin artırılmasına xidmət edəcək. Sosial tərəfdaşlıq çərçivəsində, başqa sözlə təhsil müəssisələri, işəgötürənlər, cəmiyyət və dövlətin birgə səyləri nəticəsində sənəddə qeyd edilən tədbirlərin reallaşdırılması peşə təhsilinin cəlbediciliyinin artması ilə nəticələnəcək. Peşə təhsili sistemində müəllim-pedaqoji heyətinin maddi həvəsləndirilməsi, istifadə olunan maddi-texniki bazanın, infrastruktur və avadanlıqların müasir tələblərə uyğunluğunun təmin edilməsi və digər aidiyyəti məsələlərin həllində əsas şərtlərdəndir. Digər tərəfdən, peşə təhsili sisteminin maliyyələşdirilməsində şəffaflığın və səmərəliliyin təmini, həmçinin mütərəqqi maliyyə idarəetmə modelinin yaradılması da vacib məsələlərdəndir. Beləliklə, beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq qurumlarla tərəfdaşlıq əlaqələrinin yaradılması yolu ilə Azərbaycanda qlobal dünya ilə ayaqlaşmağa qadir, daim dəyişən və inkişaf edən peşə təhsili və təlimi sisteminin işlək modelinin qurulmasına nail olunacaq.

-Növbəti üç il ərzində hüquqi bazanın formalaşdırılması üçün Azərbaycanda peşə təhsili haqqında qanun layihəsinin hazırlanması və qəbulu nəzərdə tutulur. Maddi-texniki bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tam təchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması planlaşdırılır. İstər qanunun qəbulu, istərsə də qeyd olunan tədbirlərin icrası zamanı beynəlxalq təcrübəyə daha çox üstünlük veriləcək, yoxsa milli təhsil sisteminin elementləri prioritet götürüləcək?

-Peşə təhsili və təlimi sektorunda 2020-ci ilədək strateji baxış Azərbaycanda peşə təhsili haqqında qanun layihəsinin hazırlanmasını və qəbulunu nəzərdə tutur. Nəzərinizə çatdırırıq ki, “Peşə təhsili haqqında” Qanun layihəsinin hazırlanması üzrə Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə deputatlardan, müvafiq strukturların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Peşə təhsilinin tarixində ilk dəfədir ki, belə bir qanun layihəsi hazırlanır və onun formalaşdırılmasında həm yerli, həm də beynəlxalq təcrübədən istifadə ediləcək. Bu işə Avropa İttifaqının “Azərbaycanda peşə təhsili və təliminə texniki yardım” layihəsi çərçivəsində müvafiq ekspertlər cəlb olunacaq, həmçinin Avropa Təlim Fondunun ekspertlər missiyası qanunun hazırlanmasına dəstək vermək üçün Azərbaycanda xüsusi səfərdə olacaqlar. Qeyd etmək lazımdır ki, həm normativ-hüquqi bazanın təkmilləşdirilməsində, həm də səmərəli idarəetmə və peşə təhsil müəssisələrinin qurulmasında hər hansı bir ölkənin təcrübəsini digər ölkəyə olduğu kimi tətbiq etmək düzgün olmaz. Beləliklə, biz milli elementləri nəzərə almaqla beynəlxalq təcrübəni yerli ehtiyaclara uyğunlaşdırmaqla və pilot layihələr şəklində sınaqdan keçirərək daha sonra geniş miqyasda həyata keçirməyi düşünürük.

-Peşə təhsili və təlimi sistemində özəl sektorun iştirakının artırılması istiqamətində hansı tədbirlər həyata keçiriləcək?

-Bu məsələyə müxtəlif rakurslardan yanaşmaq olar ki, burada həm peşə təhsilində özəl təhsil müəssisələrinin, həm də özəl sektorun, yəni işəgötürənlərin iştirakını qeyd etmək lazımdır. Peşə təhsili və təlimi üzrə Strateji Yol Xəritəsində göstərildiyi kimi, özəl sektor tərəfindən özəl peşə təhsili müəssisələrinin yaradılması, özəl sektorun dövlət peşə təhsili müəssisələrində idarəçiliyə cəlb edilməsi və bu kimi əməkdaşlıqların həyata keçirilməsi istiqamətində təşəbbüslərin stimullaşdırılması üzrə tədbirlər görüləcək. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində infrastruktur və digər xərclərin optimallaşdırılması vəsaitlərdən istifadənin səmərəliliyini artıracaq. Bununla yanaşı, peşə təhsili iqtisadiyyatımızın əsas sektorları üçün işçi qüvvəsi hazırlayan bir sahə olduğundan, işəgötürənlərin peşə təhsili və təliminə inteqrasiyası 2020-ci ilədək əsas strateji hədəflərimizdən biridir. Bu sahədə dövlət-özəl əməkdaşlıq mexanizminin hazırlanması və bu mexanizmin müəyyən meyarlar əsasında seçilmiş pilot peşə təhsili müəssisələrində həyata keçirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamət üzrə Almaniya, Finlandiya, İngiltərə, Koreya, Litva və s. kimi bir çox ölkələrin təcrübəsi öyrənilir və Azərbaycanda mümkün elementlərin tətbiqi imkanları araşdırılır. Gələcəkdə bu əməkdaşlığın peşə təhsili müəssisələrində kadr hazırlığının keyfiyyətinin artırılmasına, məzunların məşğulluğunun təmin edilməsində dəstəyinə və dual təhsilin (şagirdlik təcrübəsi) müvafiq iqtisadi sektorlarda tətbiqinə xidmət edəcək sistem qurulacaq.

-İnformal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) üsullar sürətlə populyarlıq qazanır. Bu amili nəzərə alaraq, müvafiq yolla əldə edilmiş kompetensiyaların tanınması metodikası hazırlanacaq. Bu metodika yalnız özəl müəssisələr tərəfindən həyata keçiriləcək, yoxsa dövlət müəssisələrində çalışmaq istəyən gənclər üçün də əlavə üstünlükdür?

-Dünyada dəyişən əmək bazarının tələbatına çevik uyğunlaşmaq ehtiyacı və sürətlə inkişaf edən sənaye yeni bilik, bacarıq və kompetensiyaları müxtəlif təhsilalma yolu ilə fasiləsiz öyrənilməsinə gətirib çıxarır ki, burada öyrənmənin tanınması kimi metodlardan istifadə zərurəti yaranır. XXI əsr təhsilinin əsas komponentlərindən biri kimi, bütün ölkələr hazırda məşğulluğun artırılması, həmçinin gənclərin və yaşlıların təhsilə cəlb olunması məqsədilə bu metodikaya müraciət edirlər. Bu istiqamətdə əvvəlcə müəyyənləşdirilmiş bir neçə ixtisas üzrə bu metodikanı sınaqdan keçirmək planlaşdırılır. 2025-ci ildən sonrakı dövrdə isə Azərbaycanda informal və qeyri-formal üsullarla əldə edilmiş bilik, bacarıq və səriştələrin (kompetensiyaların) tanınması ölkə üzrə geniş miqyasda və peşə təhsili müəssisələrində tədris olunan bütün ixtisaslar üzrə işə qəbul zamanı icbari qaydada peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsi nəzərdən keçiriləcək. Bu, həm özəl və həm də dövlət müəssisələrində çalışmaq istəyən gənclərə şamil ediləcək.

-Yaxın perspektivdə peşə təhsilinin üstünlüklərini və gənclərin gələcək fəaliyyətlərinə verəcəyi töhfələri geniş kütlələrə çatdırmaq, bu sahənin hamı üçün əlyetərliliyini, həmçinin sosial cəhətdən həssas əhali qruplarının peşə təhsilinə cəlb olunmalarını təmin etmək üçün tədbirlərin görülməsi gündəmdədir. Bu tədbirlərin həyata keçirilməsi zamanı hansı meyarlar əsas götürüləcək?

-Statistikaya nəzər salsaq, hazırda orta məktəb məzunlarının yalnız 11 faizi peşə təhsilinə müraciət edir ki, bu da peşə təhsilinə marağın dünya ölkələri ilə müqayisədə çox aşağı olduğunu göstərir. Bununla bağlı qarşıya qoyulan hədəflərimizdən biri də peşə təhsilinə cəlb olunanların səviyyəsinin 25 faizə qaldırılmasıdır ki, bu məqsədlə geniş spektrdə peşəyönümü tədbirləri aparılacaq. Peşə təhsilinin imicinin yüksəldilməsi üçün xüsusi yerli, regional və beynəlxalq səviyyəli yarışmaların təşkili, eləcə də yaşlılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, qızlar, işsizlər və digər həssas əhali qruplarının təhsilə cəlb olunmaları üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması nəzərdə tutulub. Peşə təhsili və təlimi sistemində nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması əsas hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi pilot layihələr çərçivəsində peşə təhsili müəssisələrinə şagird qəbulu və ixtisaslar, məzunların tərəfdaş təşkilatlarda işədüzəlmə imkanları və s. haqqında zəruri məlumatları cəmiyyətə çatdırmaq üçün müvafiq kommunikasiya vasitələrindən və karyera mərkəzlərindən istifadə edəcək. Bu zaman əmək bazarının tələbləri, ixtisasın təhsilalanın bilik, bacarıq və kompetensiyalarına, həmçinin karyera hədəflərinə uyğunluğu da nəzərə alınacaqdır ki, bu da daha keyfiyyətli mütəxəssislərin yetişdirilməsinə gətirib çıxaracaq. Eyni zamanda, təhsilin əlyetərliliyinin təmin olunması üçün bir çox stimullaşdırma mexanizmləri də nəzərdə tutulub ki, buna da nailiyyətləri yüksək olan şagirdlərə müvafiq maliyyə dəstəyinin göstərilməsi və təhsilini davam etdirməsi üçün növbəti təhsil pilləsinə keçid mexanizmlərinin hazırlanması tədbirlərini göstərmək olar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq